SOSIAL

Devid Bekhem kral III Karl və kraliça Kamilla ilə Londonda keçirilən sərgidə görüşdü

Məşhur futbolçu Devid Bekhem kral III Karl və kraliça Kamilla ilə Londonda təşkil olunan Chelsea Flower Show sərgisində bir araya gəlib.

32gun.az xəbər verir ki, bu barədə People jurnalı məlumat yayıb.

Bekhem sərgiyə bej rəngli kostyum və sinəsində çəhrayı güllə qatılıb. Tədbir bağbanlar üçün nəzərdə tutulan The Highgrove Shop mağazasında keçirilib. Futbolçu kral ailəsinin üzvləri ilə bir neçə dəqiqə ərzində ev təsərrüfatı haqqında söhbət aparıb.

Qeyd edək ki, Devid Bekhem həyat yoldaşı Viktoriya ilə 1997-ci ildə Spice Girls qrupunun üzvü Mel Sinin onu dəvət etdiyi futbol matçında tanış olub. Cütlük tanışlıqdan cəmi bir il sonra nişanlanıb və 4 iyul 1999-cu ildə evlənib. Onların dörd övladı var: Bruklin, Kruz, Romeo və Harper.

Viktoriya Bekhem 2008-ci ildə musiqi karyerasını bitirdikdən sonra öz geyim brendini yaradıb. Əvvəlcə yalnız paltarlar təqdim edən marka 2011-ci ildə British Fashion Awards mükafatında “Ən yaxşı brend” nominasiyasının qalibi olub. 2019-cu ildə isə Viktoriya öz kosmetika xəttini istifadəyə verib.

Ayxan 

Oxşar Xəbərlər