SOSIAL
"Report”un Avropada yeni bürosu açılıb
“Global Media Group” olaraq qürurla bildiririk ki, tərkibimizdə fəaliyyət göstərən “Report” İnformasiya Agentliyinin Avropada yeni bürosu fəaliyyətə başlayıb. Büro Belçikanın paytaxtı Brüsseldə yerləşir.
Yeni büroya rəhbər olaraq Report İA-nın baş redaktorunun müavini Kəmalə Mustafayeva təyin edilib. Bu, agentliyin xaricdə fəaliyyət göstərən sayca 8-ci bürosudur.
Qeyd edək ki, Report İA-nın ABŞ, Fransa, Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və Qazaxıstanda da müxbir büroları mövcuddur. 2014-cü ildən etibarən fəaliyyət göstərən Report İA operativ, obyektiv və dəqiq informasiya siyasəti ilə ölkə daxilində və beynəlxalq informasiya məkanında mühüm mövqe qazanıb.