DÜNYA ÖZ XƏBƏR

Uşağın bədənində dişləmə izləri olduğu üçün ailə təyyarədən qovulub

British Airways ailəni uşaqda dişləmə izlərinə görə təyyarədən endirdi

Çində bir ailə uşaqlarının bədənindəki dişləmə izlərinə görə təyyarəyə buraxılmayıb.

32gun.az bildirir ki, bu barədə Fox News məlumat yayıb.

Şanxayda yaşayan Conatan Artur və Sün Sun Londonda keçiriləcək qohumlarının toyuna getmək üçün British Airways şirkətinə məxsus təyyarəyə minməyə hazırlaşırdılar. Uçuşdan əvvəl cütlük oğulları Cozefin ayağında kiçik dişləmə izləri aşkar edib və ehtiyat üçün allergiyaya qarşı dərman haradan alına biləcəyini hava yolu əməkdaşlarından soruşub.

Uşağın ayağına baxış keçirən əməkdaşlar bir sıra suallar veriblər. Conatanın sözlərinə görə, əvvəlcə uşağın ailə tərəfindən daha əvvəl qeyd olunan yerfındığına qarşı allergiyası olduğu ehtimal edilib. Hava limanının tibb işçiləri sadəcə maz çəkməyi və 10 dəqiqə gözləməyi məsləhət görsələr də, British Airways-in əməkdaşları şirkətin tibbi eksperti ilə məsləhətləşmə tələb ediblər.

Ailə onlayn-həkimlə əlaqə saxlayaraq bu izlərin sadə həşərat dişləməsi olduğunu və mazdan sonra qızartıların keçdiyini təsdiqləsə də, hava yolu şirkəti rəsmi “uçuş icazəsi” sənədi tələb edib. Nəticədə ailə uçuşdan kənarlaşdırılıb.

Cütlük biletini digər reysə dəyişib və British Airways ilə bron etmə agentliyindən təzminat tələb etməyə hazırlaşır.

British Airways verdiyi açıqlamada sərnişinlərin sağlamlığı və təhlükəsizliyinə ciddi yanaşdıqlarını bildirib. Lakin Cozefin atası bildirib ki, həkim olmayan bir əməkdaşın diaqnoz qoyması və uşağın dərisini yaxından görmədən uçuşa icazə verməməsi onun üçün qəbuledilməz olub.

Nilay 

Oxşar Xəbərlər