ABŞ prezidenti Donald Tramp Avropadan ABŞ-a istehsalın köçürülməsi üçün 50%-lik gömrük rüsumları tətbiq etməyi planlaşdırdığını açıqlayıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, O, bu barədə Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirib.
"Avropa ilə ticarət sazişinə ümid etmirəm. Ya şirkətlər istehsalı ABŞ-a köçürür, ya da rüsum ödəyirlər", – deyə Tramp vurğulayıb.
Prezidentin sözlərinə görə, Avropa şirkətləri yalnız ABŞ ərazisində zavodlar tikməklə tariflərdən azad ola bilərlər. Tramp əlavə edib ki, ölkə büdcəsinə 12 trilyon dollar daxil olub və bu göstərici əvvəlki prezidentlərlə müqayisədə rekorddur.
O, rüsum siyasətinin qarşıdurma yaratmaq məqsədi daşımadığını, əksinə, ABŞ-da sənaye və iş yerlərinin geri qaytarılmasına stimul verdiyini bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl Avropa İttifaqı ilə tarif danışıqlarının nəticəsiz qaldığını söyləyərək, 1 iyundan etibarən 50%-lik rüsumların tətbiqini təklif etmişdi.
2 apreldə isə ABŞ 185 ölkəyə qarşı yeni idxal tarif sistemi tətbiq edib. Baza tarif 10% olaraq müəyyənləşdirilsə də, bəzi ölkələr üçün bu göstərici daha yüksək olub.
Avropa Komissiyasının ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroš Şefčovič isə 6 mayda bildirib ki, ABŞ Aİ-nin illik 380 milyard avro dəyərindəki ixracatının 70%-ni rüsumlarla əhatə edib – bu isə rüsumların "dondurulması" ilə bağlı bəyanatlara ziddir.
Ayxan