DÜNYA ÖZ XƏBƏR

7 yaşlı uşağın qətlində ittiham olunan 14 yaşlı qız məhkəmədə gülüb

Rusiyada 7 yaşlı uşağı qətlə yetirməkdə təqsirləndirilən 14 yaşlı yeniyetmə qız məhkəmə onu həbs edərkən gülümsəyib və səslə gülüb.

32gun.az bildirir ki, bu barədə Rusiyanın SHOT Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qız məhkəmə zalında ona həbs qətimkan tədbiri seçilərkən səsli şəkildə gülüb və qərarı – 2 ay müddətinə istintaq təcridxanasına göndərilməsini – gülümsəyərək qarşılayıb.

Qətldə ittiham olunan yeniyetmə hazırda həbsdədir. Hüquq-mühafizə orqanları istintaqı davam etdirir.

Hadisə Berdyansk şəhərində baş verib. 7 yaşlı qız həyətlərində oynayarkən qəfil yoxa çıxıb. İstintaqın versiyasına görə, həmin gün 14 yaşlı məktəbli onunla görüşüb və gəzinti zamanı azı üç dəfə qızı çəkiclə başına vuraraq öldürüb.

Məlum olub ki, təqsirləndirilən qız özünü “Bitsevski manyak” kimi tanınan Aleksandr Piçuşkinin pərəstişkarı hesab edir. Piçuşkin 49-dan çox adamı öldürüb və əksər cinayətlərində qurbanlarını məhz çəkiclə baş nahiyəsinə zərbələr endirməklə qətlə yetirib.

Ayxan 

Oxşar Xəbərlər