DÜNYA ÖZ XƏBƏR

Naməlum şəxs vağzalda insanlara atəş açıb - Video

Rusiyada Voro­neji vilayətinin Ross­oş şəhərində vağzal yaxınlığında naməlum şəxs insanlara atəş açıb.

32gun.az bildirir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qara geyimli şəxs yerli vaxtla saat 17:00 radələrində mağaza qarşısında dayanıb və qəfil tapança çıxararaq ətrafdakılara atəş açmağa başlayıb. Hadisə nəticəsində bir nəfər sinəsindən güllə yarası alaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda atəş açan şəxsin axtarışı davam edir. Şəhərdə “Təqib” əməliyyatı elan olunub. Baza yazır ki, ehtimal edilən silahlı şəxs 38 yaşlı Vladimir T.-dir və onun əvvəllər məhkum olunduğu bildirilir.

Hadisə anı müşahidə kameralarına da düşüb. Kadrlarda kişinin mağaza önündə dayanması, sonra tapança çıxarıb insanlara atəş açması aydın görünür.

Nilay 

Oxşar Xəbərlər