Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin keçmiş müşaviri Andrey Portnov mayın 21-də Madriddə naməlum şəxslər tərəfindən güllələnərək qətlə yetirilib.
32gun.az bildirir ki, bu barədə ukraynalı bloqer Anatoliy Şariy Telegram-kanalında məlumat verib.
Şariyin sözlərinə görə, Portnov mayın 18-19-da Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və onun ofisinin rəhbəri Andrey Yermak ilə görüşüb. O, bazar ertəsi İspaniyaya qayıdıb.
Bloqer Avropa hüquq-mühafizə orqanlarını Portnovun Ukrayna sərhədini keçməsi barədə məlumatları yoxlamağa çağırıb. Bildirilib ki, sabiq müşavir Zelenski və onun ətrafını ifşa edən sənədlər hazırlayırmış.
İspaniyanın El Pais qəzeti bildirir ki, hücum edənlər iki-üç nəfər olub. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Miroşnik hesab edir ki, qətl Portnovun keçmişi ilə bağlıdır və o, Zelenski və ətrafı barədə önəmli məlumatlara malik olub.
Ukrayna Ali Radasının sabiq deputatı Oleynik isə bildirib ki, Portnovun Ukrayna elitasında düşmənləri çox olub və ona Rusiyanın xüsusi xidmətləri ilə əməkdaşlıqda ittihamlar irəli sürülüb.
Ayaz