SOSIAL

Məhərrəm ayı bu tarixdə başlayacaq -TƏQVİM

Azərbaycanda 2025-ci ildə Məhərrəm ayı iyunun 26-da başlayacaq.

Bu barədə 32gun.az-a Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) rəsmi təqviminə istinadən xəbər verir.

İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm - İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür və bütün müsəlman aləmində matəm və hüzn içində yad edilir.

Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq. Bu müddət ərzində bir çox bölgələrdə dini mərasimlər, ehsanlar, maarifləndirici moizələr və anım tədbirləri təşkil edilir. Əksər məscidlərdə isə Kərbəla şəhidləri ilə bağlı dualar oxunur, İmam Hüseynin fədakarlığı və ədalət uğrunda apardığı mübarizədən bəhs edilir.

Oxşar Xəbərlər