SOSIAL ÖZ XƏBƏR

Sadiq Əliyev 10 manatlıq şirkətə 184 min AZN-lik sifariş verir - kronşteyn, elektromaqnit kilid, batareyalar, kabellər və.s

Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi tərəfindən keçirilən satınalma müsabiqəsinin qalibi "B2B GROUP" MMC olub.

Şirkətə sifariş olunan avadanlıqların ümumi dəyəri 184.055,22 manat təşkil edir. Alınan avadanlıqlar arasında giriş-çıxış qeydiyyat cihazları (3 ədəd), kronşteyn, elektromaqnit kilid, çıxış düyməsi, 15 ədəd planşet, 80 ədəd Mini Case PC, 5 ədəd noutbuk, batareyalar, kabellər və digər texniki vasitələr yer alır.

Qeyd edək ki, qalib şirkət – "B2B GROUP" MMC-nin nizamnamə kapitalı cəmi 10 manatdır. Şirkətin qanuni təmsilçisi Firəddin Bağırov Fəxrəddin oğludur.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevdir.

Ayxan 

Oxşar Xəbərlər