DÜNYA ÖZ XƏBƏR

ABŞ Konqresmeni: Baydenin yerinə sənədləri dörd nəfərlik qrup imzalayıb

ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komerin sözlərinə görə, Co Baydenin prezidentliyi dövründə Ağ Evdə dörd nəfərlik xüsusi qrup onun vəzifələrini faktiki olaraq icra edib və sənədləri onun adından avtomatik imza ilə təsdiqləyib.

32gun.az bildirir ki, bu barədə Fox News məlumat yayıb.

Komerin bildirdiyinə görə, həmin şəxslər arasında sabiq daxili siyasət üzrə müşavir Nir Tanden, Baydenin köməkçisi Anna Tomasini, birinci xanımın müşaviri Entoni Bernal və Oval kabinetin rəhbərinin müavini Eşli Uilyams olub.

Konqresmen iddia edib ki, bu şəxslər əslində ölkəni idarə ediblər, çünki onların avtomatik imzaları rəsmi sənədlərdə yer alıb.

Komer əlavə edib ki, Baydenin bu sənədlərin məzmunundan xəbərdar olub-olmadığı, yaxud prosesin sabiq prezident tərəfindən idarə olunub-olunmadığı məlum deyil.

Qeyd edək ki, bundan əvvəl senator Erik Şmitt də keçmiş prezident Baydenin səhhətinin pisləşdiyi dövrdə – 20 yanvar 2021-ci ildən 20 yanvar 2025-ci ilədək ölkəni əslində kimin idarə etdiyini müəyyənləşdirmək üçün Senatda dinləmələrin keçiriləcəyini açıqlayıb.

Nilay 

Oxşar Xəbərlər