DÜNYA ÖZ XƏBƏR

ABŞ Prezidenti Donald Tramp polad və alüminiumun idxal rüsumlarını 50%-ə qaldıracaq

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı polad və alüminium idxalına tətbiq olunan rüsumları 50%-ə yüksəldəcək sərəncam imzalayacaq.

32gun.az bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kərolin Levitt “İnterfaks”a məlumat verib.

Levitt bildirib: "Prezident bu sərəncamı bu gün imzalayacaq və rüsumlar 50%-ə çatacaq."

31 may tarixində Tramp ABŞ-da polad idxalına tətbiq olunan rüsumların 50%-ə yüksələcəyini açıqlamışdı.

2 aprel tarixində Tramp 185 ölkə üçün idxal rüsumlarının yeni sistemini tətbiq edib. Ümumi rüsum 10% səviyyəsində olsa da, bəzi ölkələr üçün bu rəqəm daha yüksək idi — Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün 20%. Çin də ABŞ mallarına 34% rüsum tətbiq edərək cavab verib. Dünyanın müxtəlif ölkələrinin liderləri Trampın qərarını qınayaraq qarşı tədbirlər barədə xəbərdarlıq ediblər.

28 may tarixində ABŞ Beynəlxalq Ticarət Məhkəməsi Tramp tərəfindən tətbiq olunan rüsumları blok edib. Məhkəmə qərarında qeyd olunurdu ki, Tramp Beynəlxalq fövqəladə vəziyyətlərdə prezidentə verilən iqtisadi səlahiyyətləri aşmışdır. Lakin ertəsi gün Apellyasiya Məhkəməsi Trampın rüsumlarla bağlı sərəncamlarının qüvvədə qalmasını təmin edib.

Ayaz 

Oxşar Xəbərlər