MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Timatinin hamilə sevgilisi görün necə görüntülənib

Rusiyalı reper Timatinin hamilə sevgilisi, model Valentina Ivanova divanda çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb. 

32gun.az bildirir  ki, həmin platforma – Instagram – Rusiyada ekstremist elan edilib və qadağan olunub. 

Fotoşəkillərdə Valentina Ivanova tamamilə çılpaq halda divanda poz verib, sinəsini yalnız yarımşəffaf şərflə örtüb. Saçlarını açıq saxlayan model makiyajdan da imtina edib.

Pərəstişkarları onun paylaşımına “Validən premium kontent” şərhi yazıblar.

Xatırladaq ki, Timati heç vaxt rəsmi nikahda olmayıb, lakin əvvəlki münasibətlərindən iki övladı var. 2014-cü ildə model Alyona Şışkovadan qızı Alisa, 2019-cu ildə isə bloger Anastasiya Reşetovadan oğlu Ratmir dünyaya gəlib.

2024-cü ilin 22 dekabrında ifaçı evliliklə bağlı şayiələrə səbəb olmuşdu. O, neyroşəbəkə vasitəsilə hazırlanmış videolar paylaşaraq tualetlərin müxtəlif mənzərələr fonunda – dağlarda, dəniz kənarında, Arktikada, kanyon və cəngəllikdə – yerləşdiyi görüntüləri göstərmişdi. Zarafatla bildirmişdi ki, həyat yoldaşı bu cür istirahəti onun üçün ən münasib variant hesab edir. Sosial media istifadəçiləri bunu Ivanova ilə evlənməyə eyham kimi qəbul etmişdilər. Lakin az sonra Timatinin anası Simona Yunusova bu iddiaları təkzib etmişdi.

Nilay 

Oxşar Xəbərlər