“Kömürçü Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə böyük məbləğdə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətin vergi orqanlarında 218 374.92 AZN məbləğində borcu qeydə alınıb.
Rəsmi sənədlərə əsasən, “KÖMÜRÇÜ RESİDENCE” MMC-nin qanuni təmsilçisi Qüdrət Qulu-zadə Sadıx oğlu, nizamnamə kapitalı isə cəmi 20 AZN təşkil edir.
Qeyd edək ki, bu cür aşağı nizamnamə kapitalı ilə yüksək borc məbləğinin qeydə alınması həm şəffaflıq, həm də maliyyə dayanıqlılığı baxımından suallar doğurur.
Ayaz