SOSIAL ÖZ XƏBƏR

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarənin 125 min manatlıq vergi borcu var

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində fəaliyyət göstərən 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlətə qarşı böyük məbləğdə vergi borcu yaranıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, qurumun vergi orqanlarında 125 794.64 AZN məbləğində borcu mövcuddur.

Birliyin qanuni təmsilçisi Rüstəm Kocayev Məhəmməd Şakir oğludur.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinə Eldar Əzizov, Mənzil-Kommunal Təsərrüfatı Departamentinə isə Rəfael Mehralıyev rəhbərlik edir.

Ayaz

Oxşar Xəbərlər