SOSIAL ÖZ XƏBƏR

Rüstəm Səlimovun "OFFICEMART" şirkətinə cərimə tətbiq edilib

"OFFICEMART" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti çərçivəsində tədbir görülüb.

32gun.az xəbər verir ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti ilə bağlı tərtib edilmiş AKT-a əsasən şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, "OFFICEMART" MMC-nin nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Rüstəm Səlimov Balağa oğludur.

Ayaz 

Oxşar Xəbərlər