Bakıda 168 nömrəli marşrut avtobusu qəzaya uğrayıb
Bakıda sərnişin avtobusu ilə mini yük avtomobili toqquşub.
"32gun.az" xəbər verir ki, qəza 168 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusla qeyri-adi yük daşıyan kiçik həcmli avtomobil arasında baş verib. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Qəzaya düşən avtobusun dövlət qeydiyyat nişanı 10-OZ-711 olub. Məlumata görə, nəqliyyat vasitəsi "Ayşən LTD" MMC-yə məxsusdur. Şirkətin qanuni təmsilçisi İradə Əliyeva Zülfü qızıdır.
Mediada yayılan xəbərlərdə qeyd olunur ki, İradə Əliyeva keçmiş nəqliyyat naziri Ziya Məmmədovun həmkəndlisi və yaxın qohumu kimi təqdim edilir.
Ayaz
..
.
.