15 dekabr 2025-ci il tarixində saat təxminən 22:00 radələrində Kürdəmir rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
32gun.az xəbər verir ki, Qazax rayonunun İkinci Şıxlı kənd sakini, mərhum Qoca Qocayevin oğlu Aydın Qocayev idarə etdiyi yük avtomobilinə nəzarəti itirərək kubik daşıyan digər yük maşınına çırpılıb.
Qəza nəticəsində Aydın Qocayev aldığı ağır xəsarətlərdən hadisə yerində faciəvi şəkildə həyatını itirib. Hadisə son dərəcə təsirli və ağır olduğu üçün digər görüntülər paylaşılmayıb.
Faktla bağlı araşdırma aparılır. Mərhuma Allahdan rəhmət, ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah səbr versin.
Ayaz