Gəncə şəhərində daha bir yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə qəza qurbanı motosiklet sürücüsü olub.
32gun.az xəbər verir ki, hadisə Əli Nəzmi küçəsində baş verib. Məlumatlara əsasən, hərəkətdə olan motosiklet sürücünün nəzarətindən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində motosikletin sürücüsü, 2005-ci il təvəllüdlü K. Tanırıverdiyev ciddi bədən xəsarətləri alıb. Yaralı dərhal hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalara başlanılıb. Qəzanın dəqiq səbəbləri və təfərrüatları müəyyənləşdirilir.
Ayaz