SOSIAL ÖZ XƏBƏR

Bakıda təmizlik işçisinin azyaşlı qızla bu maraqlı görüntüsü viral oldu

Bakıda lentə alınan və sosial şəbəkələrdə geniş yayılan bir görüntü izləyicilərin böyük rəğbətini qazanıb.

32gun.az xəbər verir ki, Kadrda təmizlik işi ilə məşğul olan bir şəxsin azyaşlı qıza gül verməsi əks olunub.

Hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib. Görüntülərdə azyaşlı qızın bir gülə maraqla baxdığı, təmizlik işçisinin isə yaxınlaşıb həmin güllərdən birini dərərək ona təqdim etdiyi görünür. Qızın sevinc dolu reaksiyası izləyicilərə duyğulu anlar yaşadıb.

Sosial şəbəkə istifadəçiləri bu hərəkəti humanistlik nümunəsi kimi qiymətləndirib və təmizlik işçisinin jestini alqışlayıblar. Görüntü qısa zamanda minlərlə baxış toplayaraq viral olub.

Nilay 

-->

Oxşar Xəbərlər