SOSIAL ÖZ XƏBƏR

Mərdəkandakı pansionatda elektrik işləri ilə bağlı tender ləğv edilib

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Mərdəkan Reabilitasiya Pansionatında elektrik naqilləri və torpaqlama sisteminə baxım xidmətinin satın alınması məqsədilə elan olunmuş tender iştirakçı çatışmazlığı səbəbindən ləğv olunub.

32gun.az-ın məlumatına görə, qanunvericiliyə əsasən, müsabiqədə iştirak üçün tələb olunan sayda – yəni ən azı üç uyğun təchizatçının olmaması səbəbilə 17.030,95 AZN dəyərində olan satınalma proseduruna xitam verilib.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Ramin Alik oğlu Rzayevdir.

Nilay 

Oxşar Xəbərlər