
"QAX MİNERAL SU-İLHAM" firması barəsində Vergilər Nazirliyi tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri nəticəsində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az xəbər verir ki, aparılan yoxlamalar zamanı məlum olub ki, şirkət tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələri bağlanmayıb və bu hallar qanunvericiliyin tələblərinə ziddir. Fakt üzrə tərtib edilmiş AKT-a əsasən firmaya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, "QAX MİNERAL SU-İLHAM" firmasının nizamnamə kapitalı 23.917 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Camal Muxtarov Həmzət oğludur.
Ayaz