
“ŞİRİNİ TƏBRİZ CO.” MMC-yə maliyyə sanksiyası tətbiq edilib
“ŞİRİNİ TƏBRİZ CO.” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti tədbirləri nəticəsində maliyyə sanksiyası tətbiq olunub.
32gun.az-ın məlumatına görə, şirkətdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması faktı aşkarlanıb. Bu səbəbdən tərtib edilmiş AKT-a əsasən cəmiyyətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, “ŞİRİNİ TƏBRİZ CO.” MMC-nin qanuni təmsilçisi Siavash Eshghidir. Şirkətin nizamnamə kapitalı 57.408 manat təşkil edir.
Ayaz