ÖZ XƏBƏR

Qaxdakı “Hilltop Heaven” otelində kriminal aləmi təbliğ edən musiqilər müzakirə yaratdı - Otellə bağlı bilinməyənlər

Qax rayonunda yerləşən “Hilltop Heaven” otelində istirahət edən qonaqlar gözlənilməz bir mənzərə ilə qarşılaşıblar. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, otelin ərazisində səsləndirilən kriminal aləmi təbliğ edən musiqilər bir sıra müştərilərin narazılığına səbəb olub.

İstirahət məqsədilə gələn qonaqlar belə mahnıların səsləndirilməsini yolverilməz hesab edir və bu cür məkanlarda daha zövqlü və neytral musiqilərin seçilməsinin vacibliyini vurğulayırlar.

İctimaiyyət nümayəndələri də bu cür halların istirahət məkanlarında neqativ təsir yaratdığını və məsul şəxslərin diqqət yetirməli olduğunu bildirir.

*32gun.az-ın əldə etdiyi məlumata görə, “Hilltop Heaven” oteli Qax rayonu, Qax şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 12 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Rövşən Əhmədov Hüseyn oğludur, nizamnamə kapitalı isə 100 manat təşkil edir.

Ayaz 

 

.

Oxşar Xəbərlər