ÖZ XƏBƏR
"Planet Kargo"nun vergi borcu üzə çıxıb
"Planet Kargo" Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.
32gun.az xəbər verir ki, şirkət riskli vergi ödəyicisi kimi tanınıb.
Şirkətin həmçinin 47080.4 AZN məbləğində vergi borcu mövcuddur.
Şirkətin qanuni təmsilçisi Vüsal Cəfərov Vətən oğludur.
"Planet Kargo " MMC-nin nizamnamə kapitalı cəmi 50 manat təşkil edir.
Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.23-dür.
Ayaz