Kadırov oğlu ilə şahmat oynadı və qalib gəldi – Bodrumda boğulma xəbərlərinə də münasibət bildirib
Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu, Çeçenistan Respublikasının idman və fiziki mədəniyyət naziri Əhməd Kadırovla şahmat oynadığını və oyunu qalibiyyətlə başa vurduğunu bildirib.
32gun.az xəbər verir ki, o bu barədə “VKontakte” sosial şəbəkəsində məlumat verib.
“Çeçenistan Respublikasının idman və fiziki mədəniyyət naziri Əhməd Kadırovla şahmat üzrə yoldaşlıq görüşü keçirdik. Debüt kifayət qədər kəskin alındı, fiqurların aktiv dəyişməsi ilə keçdi. Vaxt məhdudiyyəti olmadan oynadıq. Təbii ki, qalib mən oldum”, – deyə Kadırov yazıb.
O, həmçinin əlavə edib ki, rəvans oyunu üçün hazırlaşacaqlar.
Qeyd edək ki, Əhməd Kadırov 22 iyulda “Axmat” klubunun prezidenti postundan ayrılıb. 2024-cü il 21 may tarixindən etibarən Çeçenistan Respublikasının fiziki mədəniyyət və idman naziri vəzifəsində çalışır.
Eyni zamanda, 25 iyulda bir sıra Türkiyə mediası Ramzan Kadırovun Bodrumda istirahət zamanı az qala boğulduğunu yazıb. Jurnalistlərin məlumatına görə, Çeçenistan rəhbəri dənizə daxil olduqdan dərhal sonra huşunu itirməyə başlayıb və suya batıb. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
Ayaz