ÖZ XƏBƏR

"SAHİB" MMC CƏRİMƏLƏNDİ - Vergi borcu da varmış 

"SAHİB" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı operativ vergi nəzarəti çərçivəsində maliyyə sanksiyası tətbiq olunub.

32gun.az-ın məlumatına görə, Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbilə tərtib olunan AKT-a əsasən şirkətə 1000 manat məbləğində maliyyə cəriməsi kəsilib.

Əldə etdiyimiz digər məlumata görə, şirkətin vergi orqanlarına olan borcu 10.118,31 manat təşkil edir.

"SAHİB" MMC-nin nizamnamə kapitalı 90.501,4 manat, qanuni təmsilçisi isə İlqar Yusubov Əlyəsə oğludur.

Ayaz 

Oxşar Xəbərlər