ÖZ XƏBƏR

Aşqarlar Kimyası İnstitutunda 27 min manata cari təmir işləri görüləcək

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu binada cari təmir işlərinin aparılması məqsədilə satınalma həyata keçirməyi planlaşdırır.

32gun.az xəbər verir ki, müqavilədə nəzərdə tutulan məbləğ 27.835,72 manatdır.

Təmir işlərinə elektrik kabellərinin sökülməsi, suvağın kərpic divar və tavanlardan qopardılması, qapı və darvaza kimi boşluqların taxta doldurucularının, həmçinin pəncərəaltı lövhəsi olan pəncərələrin sökülməsi və digər müvafiq işlər daxildir.

Ayaz

Oxşar Xəbərlər