SOSIAL ÖZ XƏBƏR

Qazaxda absurd vəziyyət - Fontan qış ayları da vurulur, yayda isə dayandırılır / VİDEO

Qazax şəhərinin mərkəzində yerləşən fontan yerli sakinlərin narazılığına səbəb olub.

32gun.az-ın məlumata görə, sözügedən fontan yalnız qış aylarında – dekabr ayında işlədilir, lakin may ayında fəaliyyətini dayandırır.

Sakinlər bu absurd vəziyyətə istehza ilə yanaşaraq fontana “qış fontanı” adını veriblər. Sosial şəbəkədə yayılan görüntülərdən də görünür ki, hazırda fontan işlək vəziyyətdə deyil, suyu isə tamamilə dayanıqsız və çirk içindədir. Suyun səthində yosunlaşma və bulanıqlıq açıq şəkildə nəzərə çarpır.

Sakinlər hesab edir ki, yay aylarında fontanın fəaliyyətsiz qalması həm estetik görüntüyə xələl gətirir, həm də ictimai və ekoloji baxımdan yolverilməzdir. Onların sözlərinə görə, mərkəzdə yerləşən belə bir obyektin baxımsız vəziyyətdə qalması şəhər adına yaraşmır.

Ayaz

.

.

.

.

.

.

.

Oxşar Xəbərlər