ÖZ XƏBƏR
FHN Zəngilanda yeni yanğınsöndürmə binası tikir – 3,3 milyon manatlıq layihə
Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsi Zəngilan rayonunda Dövlət Yanğından Mühafizə Xidmətinin 4 çıxışlı yeni inzibati binasının tikintisinə hazırlaşır.
32gun.az-ın məlumatına görə, layihənin ehtimal olunan qiyməti 3.317.889,50 manat təşkil edir.
Tikinti başa çatdıqdan sonra binanın Zəngilan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin istifadəsinə verilməsi planlaşdırılır.
Ayaz