Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi tərəfindən avtomobillərə texniki qulluq və təmir xidmətlərinin satın alınması ilə bağlı keçirilmiş tenderin qalibi məlum olub.
32gun.az xəbər verir ki, bu məqsədlə "SK SERVİS" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1 milyon 651 min 81 manat 96 qəpik məbləğində müqavilə bağlanacağı gözlənilir.
Məlumat üçün bildirək ki, qalib şirkətin hüquqi təmsilçisi Saleh Arifli Arif oğludur. Şirkətin nizamnamə kapitalı 20 manat təşkil edir.
Ayaz