İnternet provayderlərinə qarşı narazılıqlar səngimək bilmir.
32gun.az xəbər verir ki, istifadəçi Taleh Məhərrəmov “Azeronline LTD” BM şirkətinin 25 manat müqabilində 100 Mb/s sürət vədi ilə təqdim etdiyi internetin real nəticəsini paylaşaraq narazılığını bildirib.
O qeyd edib ki, sürət testi nəticəsinə əsasən, internetin yükləmə sürəti cəmi 5.85 Mb/s, yükləmə (upload) sürəti isə 24.14 Mb/s olub. İstifadəçi bunu "biabırçılıq" adlandıraraq, şirkətin müştərilərini aldadığını iddia edib.
İnternet istifadəçiləri arasında geniş rezonans doğuran paylaşım, ölkədə internet xidmətlərinin keyfiyyəti və təminatçı şirkətlərin verdiyi vədlərin reallığına dair yenidən suallar yaradıb.
Ayaz