ÖZ XƏBƏR

Azərbaycan Dillər Universiteti 420 min manatlıq avadanlıq alır 

Azərbaycan Dillər Universiteti maşın və avadanlıqların satın alınması məqsədilə 420.874,14 manat məbləğində satınalma həyata keçirir.

32gun.az xəbər verir ki, Satınalma çərçivəsində desktop kompüterlər, qrafik kompüterlər, proyektor və proyektor üçün pərdə, noutbuk, monitor və digər texniki avadanlıqların alınması nəzərdə tutulur. Bu avadanlıqların universitetin maddi-texniki bazasının gücləndirilməsi üçün istifadə ediləcəyi ehtimal olunur.

Qeyd edək ki, universitetə hazırda professor Kamal Abdulla rəhbərlik edir. Onun rektorluğu dövründə təhsil ocağında bir sıra yenilənmə və layihələr həyata keçirilsə də, bu cür yüksək məbləğli xərclər ictimai nəzarəti və şəffaflığı önə çıxarır.

Satınalma prosedurunun yekunları, qalib şirkət və texniki şərtlərlə bağlı əlavə məlumat açıqlanacağı halda, mövzuya qayıdacağıq.
Ayaz 

Oxşar Xəbərlər