SOSIAL ÖZ XƏBƏR

Seymur Orucovun rəhbər olduğu Ağstafa Rayon İcra Hakimiyyəti 76 min manatlıq müqavilə bağlayıb - Cərimələnən şirkətlə

Ağstafa Rayon İcra Hakimiyyəti aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə "Harmony Industrial Construction and Engineering Group" MMC ilə müqavilə imzalayıb.

32gun.az xəbər verir ki, icra orqanı ilə şirkət arasında  76.582 manat məbləğində müqavilə imzalanıb. Müqavilənin predmeti tikinti materiallarının alınmasıdır.

Qeyd edək ki, bu şirkətə qarşı  vergi orqanları tərəfindən maliyyə sanksiyası tətbiq olunub. Belə ki, Operativ Vergi Nəzarəti çərçivəsində idxal olunmuş malların saxlanıldığı yerə baxış nəticəsində tərtib olunan akt əsasında şirkətə 8.853,60 manat məbləğində cərimə kəsilib.

"Harmony Industrial Construction and Engineering Group" MMC-nin nizamnamə kapitalı 165.010 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Əlövsət Orucov Bilal oğludur.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı hazırda Seymur Orucovdur. 

Məlumat üçün bildirək ki, Son günlərdə Ağstafa rayonunda, o cümlədən ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə ağacların kəsilməsi və "yaşıll terror" kimi qiymətləndirilən hadisələr ictimaiyyətin narazılığına səbəb olub.

Ayaz 

Oxşar Xəbərlər