SOSIAL
SON DƏQİQƏ! Operativ Qərargah vacib iki məlumatı əhaliyə çatdırdı
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub.
Bu barədə 32gun.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 1 152, ikinci doza vaksinlərin sayı 1 847 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18 460-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 1 132 olub.