SOSIAL ÖZ XƏBƏR

“SEDAM” MMC-yə 112 min manatlıq  mal-materiallar alınacaq

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində fəaliyyət göstərən “SEDAM” Məhdud Məsuliyyətli Cəmiyyəti rejim-müşahidə quyularının cari təmiri üçün zəruri olan mal-materialların satınalması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, Layihənin ehtimal olunan dəyəri 112.762,28 AZNdir.

Alınması planlaşdırılan mal-materiallar arasında taxta (150x25 mm), taxta (75x40 mm), taxta lövhə qalınlığı 25 mm (dikt 1,52x1,52 m), mufta d110 mm, xəbərdaredici lövhə Alkopon, plastmas qapaq d100 mm və polietilen su borusu PE100, PN6 d110 mm x 4 mm yer alır.

Ayaz 

Oxşar Xəbərlər