SOSIAL ÖZ XƏBƏR

"Gənclik Mall" dakı Mado restoranında İYRƏNCLİK: Uşaqlar üçün nəzərdə tutulan burgerdən görün nə çıxdı

Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıdakı Gənclik Mall ticarət mərkəzində yerləşən Mado restoranında xoşagəlməz hadisə baş verib. 

32gun.az xəbər verir ki,  vətəndaş qızları ilə restoranda nahar edərkən, kiçik yaşlı övladı üçün sifariş verdiyi uşaqlara məxsus hamburgerin içindən gözlənilməz şəkildə sümük parçası çıxıb.

Valideyn sosial şəbəkədə paylaşdığı fotoda hadisəni göstərərək restoranı vicdansızlıqda ittiham edib və bildirib ki, uşaqlar üçün nəzərdə tutulmuş qidaların hazırlanmasında belə hallara yol verilməsi qəbuledilməzdir.

Hadisə sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Mado restoranı tərəfindən isə hələlik məsələyə rəsmi açıqlama verilməyib.

Ayaz 

Oxşar Xəbərlər