SOSIAL ÖZ XƏBƏR

Minatəmizləmə Agentliyi GPS izləmə cihazları üçün tender elan edib

“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxs nəqliyyat vasitələrinə GPS izləmə cihazlarının quraşdırılması, həmçinin illik texniki dəstək və monitorinq xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.

32gun.az xəbər verir ki, layihənin ehtimal olunan qiyməti 107 min 616 manat təşkil edir.

Agentlik bildirib ki, xidmətlərin göstərilməsi nəqliyyat vasitələrinin idarə olunmasında operativliyi artırmaq və təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi daşıyır.

Nilay

Oxşar Xəbərlər