SOSIAL ÖZ XƏBƏR

"Bakı Electronics" 700 manatlıq tozsoranı təmirdə itib – müştəri narazıdır

Ayla adlı vətəndaş Baku Electronics-dən aldığı “Roborock Flexi Lite” tozsoranla bağlı şikayətini ictimailəşdirib.

Onun sözlərinə görə, 2025-ci ilin iyun ayında aldığı məhsul qısa müddət istifadə edildikdən sonra sıradan çıxıb.

32gun.az xəbər verir ki, İstifadəçi bildirir ki, batareya şarj qəbul etmədiyi üçün 12 avqust tarixində zəmanət əsasında “Baku Service Company”yə təmir üçün müraciət edib.

“Əhməd Rəcəbli küçəsində yerləşən servisə məhsulu təhvil verdim. Mənə dedilər ki, təmir bitəndə əlaqə saxlanılacaq. Lakin həftələrlə xəbər çıxmadı. 991 qaynar xəttinə dəfələrlə zəng etdim, yalnız ‘məhsul diaqnostikadadır’ cavabını aldım. Daha sonra dedilər ki, başqa servisə göndərilib. Amma həmin servis də heç nə qəbul etmədiyini bildirdi. Baku Electronics-in 143 nömrəsinə də müraciət etdim, rəsmi e-mail yönləndirildiyini dedilər, amma nəticədə heç kim əlaqə saxlamadı”, – şikayətçi qeyd edib.

Ayla xanım deyir ki, 23 gündən artıq vaxt keçsə də, nə məhsulunun harada olduğu barədə məlumat var, nə də problemin həlli istiqamətində addım atılıb:

“700 manat verib aldığım tozsoran bu qədər tez xarab oldu. Zəmanət olmasına baxmayaraq nə təmir edə bilirlər, nə də məlumat verirlər. Mənim məhsulum hardadır, niyə düzəlmir, niyə heç kim məlumat vermir – bu suallar açıq qalır”.

Hazırda müştəri “Baku Electronics” və “Baku Service Company”dən rəsmi cavab gözləyir.

Ayaz 

Oxşar Xəbərlər