07 avqust 2025-ci il tarixində Gənclikdə yerləşən “Ak store” mağazasından “Just Cavalli” markalı qol saatı alan vətəndaş mağazanın xidmətindən ciddi narazılıq edib.
32gun.az xəbər verir ki, alıcı 2 illik qarantin kartı ilə təqdim olunan saatın qısa müddət ərzində rənginin solduğunu bildirib. Problemlə bağlı mağazaya müraciət edən müştəriyə nə saatın dəyişdirilməsi, nə də təmiri təklif olunub.
Məlumata görə, mağaza sahibi müştərinin şikayətinə kobud reaksiya verərək “get hara istəyirsən şikayət elə” cavabını verib.
Narazı vətəndaş məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edəcəyini bildirib.
Şikayəti sosial şəbəkədə Gülnar Həsənova paylaşıb.
Ayaz