Qazax rayonunun Nəriman Nərimanov yaşayış massivində (SU-15 adlanan ərazidə) yeni təmir edilmiş yolda çatlar və çöküntülər əmələ gəlib.

32gun.az-a daxil olan video və fotogörüntülər asfalt örtüyündə dərin çatlar və çökəkliklərin olduğunu göstərir.

Hadisə sakinlər arasında narahatlıq yaradıb və yolun keyfiyyəti ilə bağlı suallar doğurub.

Qısa müddət ərzində yolun belə vəziyyətə düşməsi görülən işlərin keyfiyyətinə ciddi şübhələr yaradır.

Sözügedən əraziyə bir neçə gün əvvəl tender əsasında yeni asfalt çəkilib.
Sakinlər isə bu cür halların tez-tez təkrarlanmasından narazıdır, görülən işlərə nəzarətin gücləndirilməsini tələb edirlər.

Xatırladaq ki, həmin yolda sonuncu dəfə iyun ayında təmir işləri aparılıb. İyunun 11-də Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında və sosial şəbəkə hesablarında yolun yenidən asfaltlanması barədə məlumat paylaşılmış, icra başçısı Rəcəb Babaşov da görülən işlərlə yerində tanış olmuşdu.
Ayaz Musaköylü
.
.
.
.