SOSIAL ÖZ XƏBƏR

Şəhid pilot Rəşad Atakişiyevin anası ilə FOTOSU - ürəkləri dağladı

Sosial şəbəkələrdə şəhid pilotumuz, polkovnik-leytenant Rəşad Atakişiyevin anası ilə çəkilmiş fotosu paylaşılıb.

32gun.az xəbər verir ki, Kadr hər kəsin qəlbini sızladıb, izləyicilər tərəfindən böyük kədər və duyğu ilə qarşılanıb.

Şəkildə qəhrəman Aprel döyüşlərinin qəhrəman iştirakçılarından olan pilotumuzun anasına olan sevgi və ehtiramı əks olunur. Bu an görüntüləri görənlərin ürəyini dağlayıb, çoxsaylı insanlar şəhidimizin xatirəsini ehtiramla yad edərək, “Allah rəhmət eləsin” sözləri ilə rəylərini bildiriblər.

Xatırladaq ki, Rəşad Atakişiyev 2019-cu ildə xidməti vəzifəsini icra edərkən qəhrəmancasına şəhid olub. O, Azərbaycan hərbi aviasiyasının ən peşəkar pilotlarından biri kimi tanınırdı.
Ayaz

Oxşar Xəbərlər