Sənan Məmmədov adlı şəxs “Rahat market”dən şikayət edib.
32gun.az bildirir ki, onun sözlərinə görə, marketin həyətinə qoyulan dəmir rəf küləyin təsirindən avtomobilinin üstünə düşərək iki yerdən zədələyib.
Şikayətçi iddia edir ki, avtomobilin zərərin ödənilməsi və ya təmir olunması barədə market rəhbərliyinə müraciət etsə də, məsələni həll etməkdən imtina ediblər.
“Onların səhlənkarlığı nəticəsində maşınım zədələnib. İndi isə məsuliyyətdən boyun qaçırırlar. Mən də bu məsələ ilə bağlı bütün hüquqi addımları atacağam”, – deyə Məmmədov bildirib.
Ayaz