Bu gün Bakı metrosunda hərəkətdə problem davam edir.
32gun.az-ın əməkdaşınin bildirdiyinə görə, Nərimanov stansiyasından Gəncliyə doğru hərəkət edən qatar 3 dəfə yarı yolda dayanıb.
Hadisə sərnişinlərin narazılığına səbəb olub. Dayanmalar zamanı qatarda sıxlıq və gərginlik müşahidə edildiyi bildirilir.
Xatırladaq ki, bu gün Metronun “Xalqlar dostluğu” stansiyasında bir qatarda texniki nasazlıq yaranıb. Bu səbəbdən iki qatar arasında intervaldan əlavə 7 dəqiqəlik yubanma qeydə alınıb.
Ayaz