ÖZ XƏBƏR

“KARACA FINDIQ” MMC-də DVX yoxlama apardı

 “KARACA FINDIQ” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində aparılan operativ vergi nəzarəti nəticəsində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması, eləcə də malların Vergi Məcəlləsinə uyğun qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası əsasında rəsmiləşdirilməməsi halları aşkarlanıb.

32gun.az xəbər verir ki, bu səbəbdən şirkətə iki ayrı akt üzrə ümumilikdə 2165,30 manat maliyyə sanksiyası tətbiq olunub ki, onlardan 1887,90 manatı birinci, 277,40 manatı isə ikinci akt üzrə hesablanıb.

Şirkətin qanuni təmsilçisi Ramazan Qaracayev Şahid oğludur.

Ayaz

Oxşar Xəbərlər