İDMAN ÖZ XƏBƏR

"Azəridmanservis"in medal tenderi ləğv olundu

Xəbər verdiyimiz kimi, Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azəridmanservis” MMC medalların satın alınması ilə bağlı tender elan etmişdi.

“32gun.az” xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 86 min 210,80 manat olsa da, müsabiqə nəzarət orqanının qərarı ilə ləğv edilib.

Rəsmi açıqlamada ləğvin səbəbi konkret göstərilməsə də, satınalma üzrə prosedurların dayandırıldığı qeyd olunub.

Qeyd edək ki, “Azəridmanservis” MMC-nin direktoru Həsən Hüseynov Nizami oğludur. Şirkətin nizamnamə kapitalı isə 100 manat təşkil edir.

Ayaz 

Oxşar Xəbərlər