03.10.2025 tarixində Wolt vasitəsilə KFC-dən sifariş verən müştəri kartdan 53.09 manat çıxmasına baxmayaraq, ona göndərilən çekdə yalnız 46.40 manat qeyd edildiyini bildirib.
32gun.az xəbər verir ki, Müştəri yeməklərin qiymətindəki bu fərqdən narazıdır.
Wolt dəstəyinə müraciət edən müştəriyə bildirilib ki, qiymətləri mağaza müəyyən edir və bu barədə Wolt-a məlumat verilməyib. KFC-nin rəsmi Instagram səhifəsinə də yazıldığı halda, hələ cavab alınmayıb.
Müştərilər qeyd edirlər ki, çatdırılma xərci başa düşüləndir, lakin sifarişdə yeməklərin qiymətində fərq yaranması normal hesab edilmir.
Sosial şəbəkələrdə yayılan bu narazılıq KFC və Wolt istifadəçiləri arasında müzakirə mövzusuna çevrilib.
Ayaz