ÖZ XƏBƏR
“Baku Garden Center”ə maliyyə sanksiyası tətbiq edilib
“BAKU GARDEN CENTER” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Operativ vergi nəzarəti çərçivəsində inzibati tədbir görülüb.
32gun.az xəbər verir ki, Vergilər Nazirliyinin məlumatına görə, müəssisədə əhalidən nağd ödənişlərin aparılması qaydalarına riayət olunması vəziyyəti ilə bağlı tərtib edilmiş AKT-a əsasən, şirkətə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Reyestr məlumatlarına əsasən, “Baku Garden Center” MMC-nin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi isə Amil Aydınov Əhmədiyyə oğludur.
Ayaz