Diqqət! Operativ Qərargah bayram günü vacib iki məlumatı əhaliyə çatdırdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 791 482 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.
Ölkədə son sutka ərzində 3 956, hazırkı dövrədək isə 6 666 040 test aparılıb.
Operativ Qərargah həmçinin Azərbaycanda son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlayıb.
Məlumata görə, son bir gündə COVID-19 əleyhinə 12 966 vaksin vurulub. Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 501, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 039, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 758 nəfərdir.