“Expargo karqo bağlamamdan məhsul oğurlanıb, pulum eksik qaytarılıb” / Müştəri şikayəti
Toğrul İmanquliyev “Expargo” karqo şirkətinin 8 Noyabr metro stansiyası filialından şikayətçidir.
32gun.az bildirir ki, O bildirir ki, artıq ikinci dəfədir Temu platformasına qaytarılan bağlamasında məhsul itirilib və bu səbəbdən pul tam şəkildə geri qaytarılmayıb.
Müştərinin sözlərinə görə, bağlama bütün məhsulları ilə birlikdə təhvil verilib, lakin Temu tərəfindən ona bildirilib ki, məhsul eksik göndərilib:
“Bağlamalarımın içindən məhsulun birini oğurlayıblar. Pulum Temuda eksik qaytarılıb, deyirlər ki, məhsulu natamam göndərmisən. Halbuki mən hər şeyi tam şəkildə bağlayıb təhvil vermişdim.”
Toğrul İmanquliyev şirkətin fırıldaqçılıqla məşğul olduğunu iddia edir:
“Bu şirkət oğru, fırıldaqçı şirkətdir. Biləsiniz, belə fırıldaqçılarla iş görməyin. Bu məsələ bununla bitməyəcək, onları hər yerə şikayət edəcəyəm.”
Ayaz