Operativ Qərargah bayramın günü iki vacib məlumatı əhaliyə çatdırdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Operativ Qərargahın yaydığı digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 0, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 2 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 368 489, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 814 484, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 010 297, pozitiv nəticədən sonra buster doza olunanların sayı 224 319 təşkil edir.